Londonun ICE birjasında "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2026-cı il iyunun 8-dən bəri ilk dəfə bir barel üçün 96 dollar həddini keçib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələrində qeyd olunub.
Məlumata görə, Bakı vaxtı ilə saat 05:24-də "Brent" markalı neftin qiyməti 2.19 faiz artaraq bir barel üçün 96.13 dollara yüksəlib.
Bundan təxminən 10 dəqiqə sonra kotirovkalarda cüzi enmə müşahidə olunsa da, artım tendensiyası qorunub. Saat 05:34-ə olan məlumata əsasən, "Brent" markalı neftin bir bareli 95.91 dollara satılıb ki, bu da əvvəlki bağlanış qiymətindən 1.96 faiz yüksəkdir.![]()