İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

BRİTANİYA SƏFİRİ İRAN XİN-Ə ÇAĞIRILDI

LEQAL XƏBƏR məlumat verir ki, Böyük Britaniyanın İrandakı səfiri Hyuqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, İran tərəfi Britaniya hökumətinin İslam Respublikası xalqına qarşı qeyri-adekvat münasibəti ilə bağlı səfirə etiraz notası təqdim edib. Notada, həmçinin Britaniya

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Böyük Britaniyanın İrandakı səfiri Hyuqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, İran tərəfi Britaniya hökumətinin İslam Respublikası xalqına qarşı qeyri-adekvat münasibəti ilə bağlı səfirə etiraz notası təqdim edib.

Notada, həmçinin Britaniya rəsmilərinin "İranın krallığın təhlükəsizliyini pozmaq cəhdləri" ilə bağlı səsləndirdiyi iddiaların əsassız və həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edək ki, Böyük Britaniyada xarici ölkələrin düşmənçilik fəaliyyətlərinə qarşı mübarizə məqsədilə Daxili İşlər Nazirliyinə əlavə səlahiyyətlər verən yeni qanun qüvvəyə minib.

Bildirilir ki, qanunun təcili qaydada qəbul edilməsi İran ətrafında gərginliyin artmasından sonra Birləşmiş Krallıqda antisemitizm zəminində baş verən hücumların çoxalması ilə əlaqələndirilir.

Londonda baş verən hadisələrdən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer bu insidentlərdə xarici qüvvələrin iştirak ehtimalını istisna etmədiyini bildirib və məsələ ilə bağlı İrana xəbərdarlıq edib.

Xəbəri paylaş Dostlarınıza göndərin