Leqal xəbər məlumat verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın Yeni Kaledoniyada baş vermiş kütləvi etirazları sərt üsullarla yatırmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.
Məlumata görə, hadisələr 2024-cü ilin may ayında Fransa parlamentinin Yeni Kaledoniyada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə iştirak hüququ verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməsindən sonra başlayıb. Yerli kanak əhalisi bu qərarı Parisin bölgədə təsirini gücləndirmək və müstəqillik hərəkatını zəiflətmək cəhdi kimi qiymətləndirib.
2024-cü il mayın 13-də paytaxt Numeada genişmiqyaslı etiraz aksiyaları keçirilib. Etirazların fonunda Fransa hakimiyyəti bölgəyə əlavə hərbi qüvvə və zirehli texnika göndərib. Məlumatda etirazçılara qarşı 30 zirehli avtomobil və minlərlə hərbçinin cəlb olunduğu bildirilir.
BTQ-nin yaydığı məlumatda qeyd olunur ki, qarşıdurmalar nəticəsində 14 nəfər həyatını itirib, minlərlə insan yaralanıb və yüzlərlə etirazçı saxlanılıb.