Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib.
1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olub. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib.
Səxavətin ərsəyə gətirdiyi "Qarabağ" instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Cəmi 38 il ömür sürən Səxavət Məmmədov keçmiş SSRİ və Avropa ölkələrində konsert verməklə təkcə Qarabağı deyil, həm muğamımızı, həm də Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.
Mərhum sənətkarın ən yaddaqalan ifalarından biri "Azad bir quşdum" mahnısıdır.
Bu gün xanəndə Səxavət Məmmədovun doğum günüdür
Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə "Hümayun" xalq ansamblının
6 baxış
3 dəq