İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bu il yalnız ödəniş edən 178 minə yaxın mənzil istiliklə təmin olunacaq

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Leqal Xəbər bildirir ki, bu barədə Report-un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin

6 baxış 3 dəq

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.

Leqal Xəbər bildirir ki, bu barədə Report-un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Səhmdar cəmiyyəti xidmət haqqını vaxtında ödəyən abonentlərinə təşəkkür edir və bildirir ki, istehlakçıların böyük əksəriyyətinin müntəzəm ödənişləri xidmət göstərilən ərazilərdə təmir və texniki sazlama işlərinin vaxtında aparılmasına, istilik təchizatının etibarlılığına mühüm töhfə verir.

Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur: "Belə ki, Ağcabədi rayonunda istehlak edilmiş 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 %, Sabunçu rayonu Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazilərdə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir. Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər".

Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır: "Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir".

Xəbəri paylaş Dostlarınıza göndərin