Abşeron rayonunun Nübar qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Qəsəbədə asfalt örtüyünün olmaması xüsusilə yağışlı havalarda ciddi çətinliklər yaradır. Küçələr palçığa büründüyündən həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşir. Sakinlərin sözlərinə görə, belə havalarda taksi və təcili tibbi yardım avtomobillərinin əraziyə daxil olması da problemə çevrilir.
"Taksi sifariş verirsən, yaxud təcili yardım çağırırsan, küçəyə girmirlər ki, palçıqdır. Çünki girəndə çıxmaq olmur. Şəxsi maşınlar da çala-çuxurlara düşməkdən sıradan çıxır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də heç bir tədbir görən yoxdur. Ən azından bu yola xırda daşlar da tökmürlər ki, hərəkət mümkün olsun", - deyə şikayətçi bildirib.
Bu qəsəbəyə taksi və ya Təcili Tibbi yardım gələ bilmir
Abşeron rayonunun Nübar qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb. Qəsəbədə asfalt örtüyünün olmaması xüsusilə yağışlı havalarda ciddi çətinliklər yaradır. Küçələr palçığa büründüyündən həm piyadaların, həm də
9 baxış
3 dəq