İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bulvarda qadına qarşı əxlaqsızlıq edən cəzalandırıldı.

Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda Gimnastika məşqçisi N.Kərimovaya əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törədən 47 yaşlı Şamxal Nəcəfovun məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmünə əsasən, Cinayәt Mәcәllәsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs 3 il 3 ay

10 baxış 3 dəq

Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda Gimnastika məşqçisi N.Kərimovaya əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törədən 47 yaşlı Şamxal Nəcəfovun məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmünə əsasən, Cinayәt Mәcәllәsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, qadına qarşı yaxınlaşaraq qulağına nalayiq ifadə dediyini və əxlaqsız hərəkətini etiraf edib.

Ş.Nəcəfov ona elan edilmiş ittiham
üzrә özünü tәqsirli bilәrәk ifadәsindә bildirib ki, 15 ilә yaxındır parklarda gecələyir.

"Bu zaman qadın mənə tәrәf
çöndü və itələyərək vurmağa, qışqırmağa başladı. Qadının məni vurmasından həzz alıb gülümsədim. Daha sonra bir nəfərin qaçaraq üstümə gəldiyini gördüm və cibimdən bıçağı çıxararaq onun üstünə getdim. Oğlan mənə dedi ki, niyə belə hərəkət edirsən? Hər tərəf kameradır, onsuz da tutulacaqsan. Mən də dedim ki, tutulmağım daha yaxşıdır, onsuz da itirəcək heç nəyim yoxdur" - Ş.Nəcəfov ifadəsində deyib.

Tәqsirlәndirilәn şәxs özünü tәqsirli bilәrәk әmәlindәn sәmimi peşiman olduğunu, ona ağır cәza verilmәsini mәhkәmәdәn xahiş edib.

Qeyd edək ki, hadisə bu il mayın 22-si günorta saatlarında “Dəniz Mall”ın yaxınlığında baş verib. Ş.Nəcəfov qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin