İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində maraqlı açıqlamalar verib. O, Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə

11 baxış 3 dəq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində maraqlı açıqlamalar verib.

O, Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub.

Bildirib ki, bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur.

“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın?

Bu istiqamətdə müəyyən işlər gedir”, - deyə komitə sədri bildirib.

Anar İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir:

“Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərrbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq”.

Xəbəri paylaş Dostlarınıza göndərin