Abşeron çimərliklərində iyulun 22-nə gözlənilən hava şəraiti məlum olub.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, gün ərzində şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıx ərazilərində dəniz suyunun temperaturunun 25-26 dərəcə isti olacağı proqnozlaşdırılır.![]()