LEQAL XƏBƏR məlumat verir ki, Çinin elektrikli “Voyah Passion S” avtomobili keçirilən sınaqlardan birində qeyri-adi hərəkəti ilə diqqət çəkib.
Məlumata görə, 2,5 ton ağırlığında olan elektrik krossoveri saatda 130 kilometr sürətlə hərəkət edərək tunelin tavanı boyunca dairəvi hərəkət edib.
Layihə müəllifləri yayılan görüntülərin kompüter qrafikası və xüsusi effektlərdən istifadə edilmədən çəkildiyini iddia ediblər.
Lakin sınaq zamanı avtomobilin az qala trayektoriyasından çıxaraq aşmaq təhlükəsi ilə üzləşdiyi də bildirilib.
Qeyd edək ki, bu qeyri-adi tryuk əfsanəvi “Formula-1” pilotu Mixael Şumaxerin “Mercedes” üçün reklam çəkilişlərində nümayiş etdirdiyi məşhur hərəkətin analoqu hesab olunur.