Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışan idmançı 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.
O, 1/4 finalda serbiyalı idmançı Mixaylo Simin ilə qarşılaşacaq.