LEQAL XƏBƏR məlumat verir ki, Yaponiyada 2025-ci ildə dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə – 3623 nəfərə çatıb.
Yaponiyanın Milli Polis Agentliyinin məlumatına əsasən, bu göstərici ötən illə müqayisədə 266 nəfər çoxdur və 1961-ci ildən bəri ən yüksək səviyyə hesab olunur.
Bildirilib ki, hadisələr nəticəsində 332 nəfər ölüb və ya itkin düşüb, 1480 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Köməksiz qalan turistlərin təxminən 48 faizi 60 yaşdan yuxarı şəxslər olub. Onların böyük hissəsi dağ yürüşü və alpinizmlə məşğul olan şəxslərdir.