İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Daşqınlar on nəfərin həyatına son qoydu

Çilidə müşahidə olunan şiddətli külək və intensiv yağıntılar nəticəsində azı 10 nəfər həyatını itirib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərə Qarşı Mübarizə üzrə Milli Xidmətinin rəhbəri Alisiya Sebrian məlumat verib. "Təəssüflə bildirməliyik ki, hazırkı məlumata əsasən,

7 baxış 3 dəq

Çilidə müşahidə olunan şiddətli külək və intensiv yağıntılar nəticəsində azı 10 nəfər həyatını itirib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərə Qarşı Mübarizə üzrə Milli Xidmətinin rəhbəri Alisiya Sebrian məlumat verib.

"Təəssüflə bildirməliyik ki, hazırkı məlumata əsasən, Atakama bölgəsindən Araukaniyaya qədər atmosfer cəbhəsinin təsiri nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb", - deyə o, mətbuat konfransında bildirib.

Sebrianın sözlərinə görə, ən azı dörd nəfər itkin düşmüş hesab olunur, 17 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı müəyyən edilib.

"Hazırda 1 168 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib. Onların əksəriyyəti paytaxt dairəsi, Atakama və Kokimbo bölgələrinin sakinləridir. Bundan başqa, 104 504 nəfərin yaşayış məntəqələri ilə əlaqəsi kəsilib. Bu göstəricinin böyük hissəsi Atakama və Kokimbo regionlarının payına düşür", - deyə o əlavə edib.

Təbii fəlakət nəticəsində 2 mindən çox evə ciddi ziyan dəyib, 76 yaşayış binası tamamilə dağılıb. Eyni zamanda, 138 min nəfər elektrik enerjisiz qalıb.

Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Kokimbo bölgəsində və Atakamanın Uasko əyalətində fövqəladə vəziyyət elan olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin