İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

DÇ-2026-nın qalibləri futbol tarixində ilk dəfə unikal mükafatla təltif olunacaqlar

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, FIFA-nın bayrağı altında keçirilən turnirlərdə ilk dəfə tətbiq olunacaq bu ənənə ABŞ idman liqalarında geniş yayılmış çempionluq üzüyü modelinə əsaslanır.

4 baxış 3 dəq
DÇ-2026-nın qalibləri futbol tarixində ilk dəfə unikal mükafatla təltif olunacaqlar

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, FIFA-nın bayrağı altında keçirilən turnirlərdə ilk dəfə tətbiq olunacaq bu ənənə ABŞ idman liqalarında geniş yayılmış çempionluq üzüyü modelinə əsaslanır. DÇ-2026-nın ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilməsi də bu qərarın qəbul edilməsində rol oynayıb.

Üzüklər məhdud sayda istehsal olunacaq. Turnirin keçirildiyi ilin şərəfinə cəmi 2026 ədəd fərdi nömrələnmiş üzük hazırlanacaq. Onlardan 30-u dünya çempionu olacaq komandanın futbolçularına və məşqçilərinə təqdim ediləcək. Qalan 1996 üzük isə FIFA-nın rəsmi lisenziyalı məhsulu kimi bütün dünyada satışa çıxarılacaq.

Üzüyün bir tərəfində FIFA Dünya Kuboku təsvir ediləcək, digər tərəfində isə qalib komandanın loqosu həkk olunacaq. Hər bir üzük fərdi nömrə ilə işarələnəcək, sahibinin ölçüsünə uyğun hazırlanacaq və orijinallığını təsdiqləyən sertifikatla təqdim olunacaq.

Final oyunundan dərhal sonra qalib komandanın kapitanı və baş məşqçisinə bayram tədbirlərində istifadə etmələri üçün müvəqqəti üzüklər veriləcək. Daha sonra isə bütün 30 çempionluq üzüyü fərdi sifariş əsasında hazırlanaraq rəsmi mərasimdə sahiblərinə təqdim ediləcək.

Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya və Argentina yığmaları üz-üzə gələcək. Həlledici qarşılaşma böyük maraqla gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin