Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub.
Leqal Xəbər-in əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminalla meylli şəxs olduğu deyilir. Onun özünün də bıçaqla yaralandığı deyilir.
Həmçinin, hadisə iştirakçılarından digər ikisi də bıçaq xəsarətləri alıb, onların vəziyyəti kafi qiymətləndirilir. Bundan başqa, bir neçə şəxsin də yumruq-təpik, küt alət zərbələri aldıqları qeyd olunur.
Ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.
Leqal Xəbər-in əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. ![]()