İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Deyirdin Bakıya gedək... Gedə bilmədik" - Məlahət Abbasova

"Deyirdin Bakıya gedək... Gedə bilmədik" - Məlahət Abbasova Azərbaycanlı aktrisa Məlahət Abbasova türkiyəli aktyor Serhat Mustafa Kılıçın vəfatı ilə bağlı paylaşım edib. Leqalxeber.az xəbər verir ki, aktrisa onunla eyni səhnəni bölüşdüklərini bildirərək kədərini bu sözlərlə çatdırıb:

7 baxış 3 dəq

"Deyirdin Bakıya gedək... Gedə bilmədik" - Məlahət Abbasova

Azərbaycanlı aktrisa Məlahət Abbasova türkiyəli aktyor Serhat Mustafa Kılıçın vəfatı ilə bağlı paylaşım edib.

Leqalxeber.azxəbər verir ki, aktrisa onunla eyni səhnəni bölüşdüklərini bildirərək kədərini bu sözlərlə çatdırıb:

“Sözlər kədərimizi ifadə etmək üçün o qədər də yetərli deyil. Biz dostumuzu, türk teatrının gənc yaşda aktyorunu itirdik. Yaxşı ki, səni yaxından tanımışam, səninlə "İntiharın ümumi provası" tamaşasında çalışmışam. Həyatımda gördüyüm ən gözəl və gülməli insanlardan biri idin.

Hər zaman istifadə etdiyim və sənin də hər görəndə "Anan səni yəqin bu sırğalarla dünyaya gətirib" deyə zarafat etdiyin, mənim də inadla taxdığım sırğalarımı bundan sonra necə istifadə edəcəyəm?

Deyirdin Bakıya gedək... Gedə bilmədik. Çox üzgünəm. Məkanın cənnət, qəbrin nurla dolsun. Allah sənə rəhmət eləsin, canım dostum. Sən hər zaman qəlbimizdə yaşayacaqsan. Səndən bizə bir dünyalıq xatirə qaldı, gözəl insan. Bütün sənət dünyasının başı sağ olsun. Ailənə başsağlığı və səbr diləyirəm”.

Qeyd edək ki, aktyor bir neçə gün öncə evində sevgilisi tərəfindən ölü tapılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin