İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Diqqət! Dövlət Yol Polisi avtomobilinizin istismarını qadağan edə bilər

Baş Dövlət Yol Polisi İdarəsi müraciət yayıb. Bu barədə LEQAL XƏBƏR idarəyə əsasən məlumat verir. Belə ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə «Təmiz hava» aylığına start verib.

13 baxış 3 dəq

Baş Dövlət Yol Polisi İdarəsi müraciət yayıb. Bu barədə LEQAL XƏBƏR idarəyə əsasən məlumat verir.

Belə ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə «Təmiz hava» aylığına start verib.
Preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil.
Həm də, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.
Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır.

Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO

Xəbəri paylaş Dostlarınıza göndərin