LEQAL XƏBƏR verir ki, o, bu fikirləri CNBC telekanalına müsahibəsində səsləndirib.
"Mən İsrail tarixindəki ən yaxşı prezident olmuşam", – deyə Tramp bildirib.
Məlumata görə, bu açıqlama ABŞ ilə İsrail arasında İranla əldə olunan atəşkəs razılaşması və Livan məsələsinə dair fikir ayrılıqları fonunda verilib.
Tramp Baş nazir Benyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib. O bildirib ki, Livanda "Hizbullah"a qarşı daha dəqiq və hədəfli əməliyyatların keçirilməsinin tərəfdarıdır.