LEQAL XƏBƏR məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Endi Börnhemin özünü Ağ Evin aparat rəhbəri Syuzan Uayls kimi təqdim edən şəxslə yazışmasına münasibət bildirib.
Məlumata görə, Börnhəm Ağ Evin yüksək vəzifəli rəsmisi olduğunu düşünərək saxta şəxslə bir neçə mesaj mübadiləsi aparıb. Daha sonra yazışmanın həqiqi olmamasından şübhələnərək əlaqəni kəsib. Britaniya tərəfi hadisə barədə ABŞ rəsmilərini də məlumatlandırıb.
Jurnalistlərin ABŞ-Böyük Britaniya münasibətlərinə və baş verən hadisənin narahatlıq yaradıb-yaratmadığına dair suallarını cavablandıran Tramp bunun “sadəcə bir anlaşılmazlıq” olduğunu bildirib.
ABŞ lideri Börnhemlə bu məsələ ilə bağlı telefon danışığı apardığını və söhbətin “müsbət” keçdiyini qeyd edib.
Britaniya hökumətinin məlumatına görə, Börnhemin saxta şəxslə yazışdığı cəmi bir neçə mesajdan ibarət olub və həmin yazışmalarda əhəmiyyətli məlumatların ötürülmədiyi bildirilib.
Ağ Ev isə hadisənin Syuzan Uaylsın cihazlarının sındırılması ilə əlaqəli olmadığını açıqlayıb. Bu məsələ ötən il Uaylsın adından ABŞ-da bir sıra siyasətçi və iş adamlarına saxta mesajlar göndərilməsi ilə bağlı araşdırmaları da gündəmə gətirib.