İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Doqquz ayda 160 nəfərə yeni orqan köçürülüb

Azərbaycanda il ərzində ortalama 200–300 civarında orqan və toxuma transplantasiyası əməliyyatı həyata keçirilir. Dövlət Statistika Komitəsinin yekunlaşmış illik hesabatlarında orqan köçürülməsi əməliyyatlarının sayı 299 olaraq qeyd edilir. Leqalxəbər.az bildirir ki, Səhiyyə Nazirliyinin Orqan

9 baxış 3 dəq

Azərbaycanda il ərzində ortalama 200–300 civarında orqan və toxuma transplantasiyası əməliyyatı həyata keçirilir. Dövlət Statistika Komitəsinin yekunlaşmış illik hesabatlarında orqan köçürülməsi əməliyyatlarının sayı 299 olaraq qeyd edilir.

Leqalxəbər.az bildirir ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin açıqladığı ən son göstəricilərə görə, 2026-cı ilin ilk 9 ayında ölkədə 160-a yaxın əməliyyat uğurla icra edilib.

İl ərzində icra olunan əməliyyatlara gəlincə, daha çox orqan köçürülmə əməliyyatlarında böyrək transplantasiyası, 70–120 əməliyyat olmaqla üstünlük təşkil edir.

Daha sonra, qaraciyər transplantasiyası 30–110 əməliyyat, sümük iliyi transplantasiyası 40–50 əməliyyat, gözün buynuz qişası (kornea) transplantasiyası20–30 əməliyyat olmaqla uğurla icra edilir.

Ürək transplantasiyasına gəlincə, illər ərzində meyit donorlardan götürülən orqanlar sayəsində də ilkin addımlar atılıb və ümumilikdə 3 uğurlu ürək nəqli reallaşdırılıb.

Əməliyyatların böyük hissəsi hələ də canlı donorlardan (yaxın qohumlardan) alınan orqanlar hesabına həyata keçirilsə də, Meyit Donordan Orqan Köçürülməsi sisteminin aktivləşməsi ilə yalnız ilin ilk altı ayında meyit donorlardan 30-a yaxın insanın həyatı xilas edilib. Hazırda ölkədə 1 500-ə yaxın xəstə növbə gözləyir və donor sisteminin genişlənməsi bu sayın daha da artmasına kömək edir.

Həm dünyada, həm də Azərbaycanda canlı donorların 75-80 %-i qadınlardır.

Xəbəri paylaş Dostlarınıza göndərin