LEQAL XƏBƏR məlumat verir ki, 2026-cı ilin avqust ayı ərzində dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 266 kiloqram 873 qram narkotik vasitə və 5236 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qeyd olunub ki, aşkarlanan narkotik vasitələrin 28 kiloqram 500 qramı bir halda pilotsuz uçuş aparatı vasitəsilə keçirilməyə cəhd zamanı müəyyən edilib.![]()