Leqal xəbər məlumat verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda yaşayış icazəsi almaq daha əlçatan olub. Yeni qaydalara əsasən, daşınmaz əmlak vasitəsilə rezidentlik əldə etmək üçün tələb olunan minimum investisiya həddi ləğv edilib.
Əvvəllər Dubayda yaşayış icazəsi almaq üçün müəyyən məbləğdə əmlak almaq şərti var idi. Lakin indi bu məhdudiyyət aradan qaldırılıb və bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaradır.
Məlumata görə, yeni qaydalar çərçivəsində əmlak sahibi olan şəxslər, mənzilin dəyərindən asılı olmayaraq, 2 illik yaşayış icazəsi ala biləcəklər. Bu dəyişiklik Dubayda xarici investorların sayını artırmaq və əmlak bazarını canlandırmaq məqsədi daşıyır.