LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan cüdoçusu Süleyman Şükürov Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
90 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/32 final mərhələsində Norveç təmsilçisi Kornelius Eylertsenlə qarşılaşıb.
S. Şükürov rəqibinə qalib gələrək 1/16 final mərhələsinə yüksəlib.
Azərbaycan cüdoçusunun növbəti mərhələdəki rəqibi Yaponiya təmsilçisi Qoki Tayima olacaq.