İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

DÜNYA SƏVİYYƏLİ ROBOTOTEXNİKA YARIŞI İLK DƏFƏ AZƏRBAYCANDA TƏŞKİL OLUNACAQ

Leqal Xəbər məlumat verir ki, 13-14 iyun 2026-cı il tarixlərində "Azercell"in dəstəyi ilə beynəlxalq robototexnika müsabiqələrindən biri olan "RobotChallenge" yarışının Azərbaycan üzrə ilk milli mərhələsi keçiriləcək. Yarışa Bakı Kristal Zalı ev sahibliyi edəcək. Məlumata görə,

6 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, 13-14 iyun 2026-cı il tarixlərində "Azercell"in dəstəyi ilə beynəlxalq robototexnika müsabiqələrindən biri olan "RobotChallenge" yarışının Azərbaycan üzrə ilk milli mərhələsi keçiriləcək. Yarışa Bakı Kristal Zalı ev sahibliyi edəcək.
Məlumata görə, əsası Avstriyada qoyulan və sonradan beynəlxalq miqyasda genişlənən "RobotChallenge" gənclərə robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bacarıqlarını nümayiş etdirmək imkanı yaradır. Yarışın Azərbaycanda keçirilməsi STEAM təhsilinin inkişafına və innovasiya mühitinin güclənməsinə töhfə verəcək.
Müsabiqə çərçivəsində müxtəlif yaş qruplarından olan iştirakçılar hazırladıqları layihələri təqdim edəcək, texnoloji həllərini və biliklərini müxtəlif kateqoriyalar üzrə nümayiş etdirəcəklər. Yerli mərhələdə qalib gələn komandalar Çində təşkil olunacaq beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.
"RobotChallenge Azerbaijan 2026" barədə ətraflı məlumatı RobotChallenge Azerbaijan saytından əldə etmək mümkündür.

Xəbəri paylaş Dostlarınıza göndərin