İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Dünyanın ilk görmə məhdudiyyətli qadın pilotu 200 saatdan çox uçuş həyata keçirib

İtaliyalı Lusiya Sabrina Papa dünyanın ilk görmə məhdudiyyətli qadın pilotu olub. O, müxtəlif növ hava gəmilərində ümumilikdə 200 saatdan çox uçuş həyata keçirib. Leqal Xəbər bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Məlumata görə, Lusiya Sabrina Papa torlu qişa xəstəliyi səbəbindən

14 baxış 3 dəq
Dünyanın ilk görmə məhdudiyyətli qadın pilotu 200 saatdan çox uçuş həyata keçirib

İtaliyalı Lusiya Sabrina Papa dünyanın ilk görmə məhdudiyyətli qadın pilotu olub. O, müxtəlif növ hava gəmilərində ümumilikdə 200 saatdan çox uçuş həyata keçirib.

Leqal Xəbər bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, Lusiya Sabrina Papa torlu qişa xəstəliyi səbəbindən anadangəlmə görmə məhdudiyyətinə malikdir.

Uşaqlıqda Qalatina şəhərində hərbi aerodromun yaxınlığında yaşayan Papa həmişə səmada uçmağı arzulayıb. Lakin uzun müddət bu arzusunu reallaşdırmaq onun üçün əlçatmaz görünürdü.

İnformasiya texnologiyaları sahəsində təhsil alan və bu sektorda çalışan Papa 2016-cı ildə uçuşlarla maraqlanmağa başlayıb. Əvvəlcə təyyarələrdə sərnişin kimi uçub. Daha sonra təlimatçısı ona toxunma hissindən istifadə edərək təyyarəni idarə etməyi öyrədib.

Pilotlar onun üçün xüsusi sistem hazırlayıblar. Bu sistem vasitəsilə Papa cihazların göstəricilərini və təyyarənin vəziyyətini toxunma hissi ilə müəyyən edə bilir.

Təlimlər zamanı Lusiya Sabrina Papa "Cessna 152", "Cessna 172", eləcə də "Extra EA-200" akrobatik təyyarəsini idarə edib. O, helikopter idarə etməyi də sınayıb, lakin təyyarələrə daha çox maraq göstərdiyini anlayıb.

56 yaşlı qadın bütün uçuşlarını vəziyyətə nəzarət edən təlimatçının müşayiəti ilə həyata keçirir.

Qeyd edək ki, Papa 2024-cü ildə "Görünməyənə doğru uçuş" ("Flying into the Invisible") adlı avtobioqrafik kitabını nəşr etdirib.

Xəbəri paylaş Dostlarınıza göndərin