Leqal xəbər məlumat verir ki, Azərbaycanda duz istehsalında artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə 26 min 837 ton duz istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Məlumata əsasən, təkcə mart ayında 8 min 357 ton duz istehsal edilib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 18 faiz artım deməkdir.