İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət!

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli

6 baxış 3 dəq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarəetməsini çətinləşdirə, xüsusilə iri qabaritli nəqliyyat vasitələri və qoşqulu avtomobillər üçün təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən sürücülərə sürət həddini mövcud hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinməyi tövsiyə edirik. Eyni zamanda, nəqliyyat vasitələrini ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamamaq vacibdir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

Xəbəri paylaş Dostlarınıza göndərin