Leqal xəbər məlumat verir ki, Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli hərbi təlimində növbəti mərhələ uğurla başa çatıb. Təlim çərçivəsində iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri gəminin ələ keçirilməsi əməliyyatını icra ediblər.
Ssenariyə əsasən, hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar qısa müddətdə gəminin göyərtəsinə eniş həyata keçiriblər. Əməliyyat zamanı yüksək koordinasiya və peşəkarlıq nümayiş etdirildiyi bildirilib.