İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Baş Nazir yeni strategiya təsdiqləyib, 2060-cı ilədək havamız təmizlənəcək

Leqal Xəbər bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatınına görə Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib Azərbaycan Respublikasının Baş naziri tərəfindən 22 oktyabr 2026-cı il tarixində “Azərbaycanın

12 baxış 3 dəq

Leqal Xəbər bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatınına görə Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycan Respublikasının Baş naziri tərəfindən 22 oktyabr 2026-cı il tarixində “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib.
Strategiya ölkənin iqtisadi inkişafını davam etdirməklə iqlimə təsirin azaldılmasını, 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.

Xalis sıfır emissiya atmosferə buraxılan istixana qazlarının mümkün qədər azaldılması, qalan emissiyaların isə meşələr və digər təbii və texnoloji həllər vasitəsilə udulması ilə tarazlaşdırılması deməkdir.

Strategiya bu məqsədə doğru energetika, nəqliyyat, sənaye, neft-qaz, kənd təsərrüfatı, binalar və tullantıların idarə olunması sahələrində mərhələli dəyişiklikləri nəzərdə tutur.

Praktik olaraq bu, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, evlərdə və müəssisələrdə enerjiyə qənaət, daha təmiz nəqliyyatın inkişafı, neft-qaz sektorunda metan sızmalarının azaldılması, tullantıların çeşidlənməsi və təkrar emalı, meşələrin qorunması və bərpası kimi tədbirləri əhatə edir. Bu dəyişikliklər daha təmiz ətraf mühitlə yanaşı, yeni iş yerlərinin yaranmasına, müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə imkan yarada bilər.

Strategiyada 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi ilə 2060-cı il üçün uzunmüddətli baxış arasında əlaqə müəyyənləşdirilib. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda “yaşıl enerji zonaları”nın inkişafı da bu keçidin mühüm istiqamətlərindəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli əlaqələndirici qurum qismində iştirakı və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində hazırlanan sənədin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilməsi nəzərdə tutulur.

Strategiya Azərbaycanın Paris Sazişi çərçivəsində qlobal iqlim səylərinə töhfəsini və uzunmüddətli inkişaf istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, tərəfdaşlar və investorlar üçün ölkənin prioritetlərini daha aydın və şəffaf şəkildə ortaya qoyacaq.

Strategiya COP29 çərçivəsində önə çəkilən iqlim hədəflərinin konkret fəaliyyətə çevrilməsi yanaşmasını milli səviyyədə davam etdirir. Bakıda iqlim maliyyəsi üzrə əldə olunmuş razılaşmalar və iqlim diplomatiyası çərçivəsində davam etdirilən beynəlxalq dialoq strategiyanın icrası üçün maliyyə və texnologiyalara çıxışın yaxşılaşdırılması, eləcə də tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Sənəddə vurğulanır ki, 2060-cı il hədəfinə çatmaq üçün beynəlxalq maliyyə dəstəyi, qabaqcıl texnologiyalara çıxış və onların ötürülməsi, güzəştli kreditlər, qrantlar və özəl investisiyalar mühüm əhəmiyyət daşıyır.

Keçidin uğuru həm də mütəxəssislərin hazırlanmasından, yeni bacarıqların inkişafından və cəmiyyətin iştirakından asılı olacaq.

Strategiyanın məqsədlərini ictimaiyyətə açıqlamaq üçün elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatların təşkili nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin