İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Eldar Əzizov icra hakimiyyətində yeniliklər edib

Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri aparılıb və yeni kadr təyinatları olub. Leqal Xəbər lkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, qurumun İctimai-siyasi, humanitar məsələlər və

8 baxış 3 dəq
Eldar Əzizov icra hakimiyyətində yeniliklər edib

Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri aparılıb və yeni kadr təyinatları olub.

Leqal Xəbər lkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, qurumun İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yenidən təşkil edilərək onun əsasında İctimai-siyasi məsələlər şöbəsi yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv edilərək İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib. İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov yeni yaradılan şöbənin müdiri vəzifəsində saxlanılıb. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov isə E.İmanovun müavini təyin edilib.

Qurumun Mənzil fondunun uçotu şöbəsi Şəhər təsərrüfatı şöbəsinə birləşdirilib. Nəticədə şöbənin adı dəyişdirilərək Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsi adlandırılıb. Yeni şöbəyə rəhbərlik əvvəllər Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışan Məmməd Qasımova həvalə edilib.

Bundan başqa, Tikinti məsələləri şöbəsi Nəzarət-təftiş şöbəsinə birləşdirilib və Nəzarət və tikinti məsələləri şöbəsi yaradılıb. Ləğv edilən Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov yeni şöbənin müdiri təyin olunub. Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev isə Z.İsmayılovun müavini vəzifəsinə gətirilib.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin adı dəyişdirilərək Ərazi-təşkilat məsələləri şöbəsi adlandırılıb. Şöbənin müdiri Anar Tağıyev vəzifəsində saxlanılıb.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin adı Sosial-iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsi olaraq dəyişdirilib. Vüqar Qəhrəmanov şöbə müdiri vəzifəsində saxlanılıb.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi isə Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə çevrilib. Yaqut Mönsümova yeni strukturda şöbə müdiri vəzifəsində saxlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin