Erməni mediasının məlumatına görə, Ermənistan hökuməti ABŞ-dan deportasiya edilən ermənilərin sayı ilə bağlı məlumatı açıqlamaqdan imtina edib.
Ermənistanın Sputnik Armenia nəşri yazır ki, bir müddət əvvəl ABŞ-dan bir qrup Ermənistan vətəndaşı xüsusi reyslə ölkəyə deportasiya olunub. Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün jurnalistlər Ermənistanın Daxili İşlər Nazirliyinə rəsmi sorğu göndəriblər.
Sorğuda xüsusi reyslə Ermənistana neçə nəfərin gətirildiyi, onların hüquqi statusunun nə olduğu və deportasiya edilən şəxslərin hamısının Ermənistan vətəndaşı olub-olmadığı ilə bağlı suallar yer alıb. Bundan başqa, Donald Trump ABŞ prezidenti seçildikdən sonra Ermənistana neçə belə reysin həyata keçirildiyi və ümumilikdə neçə nəfərin deportasiya olunduğu barədə məlumat istənilib.
Jurnalistlər eyni sualları Ermənistanın Xarici İşlər Nazirliyinə də ünvanlasalar da, həmin qurumdan cavab ala bilməyiblər.
Ermənistan Daxili İşlər Nazirliyi isə cavabında bildirib ki, xarici ölkələrdən Ermənistana və Ermənistandan xarici ölkələrə qayıdan vətəndaşlar barədə məlumatlar açıqlanmır. Qurum bunu “Dövlət sirri haqqında” qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi ilə əsaslandırıb.
Erməniləri ABŞdan qovurlar?
Erməni mediasının məlumatına görə, Ermənistan hökuməti ABŞ-dan deportasiya edilən ermənilərin sayı ilə bağlı məlumatı açıqlamaqdan imtina edib. Ermənistanın Sputnik Armenia nəşri yazır ki, bir müddət əvvəl ABŞ-dan bir qrup Ermənistan vətəndaşı xüsusi reyslə ölkəyə deportasiya olunub. Məsələ ilə
19 baxış
3 dəq
