Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşı olan çobanın Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib. Leqal Xəbər bu barədə qonşu olkənin mediasına əsasən məlumat verir.
MTX-dən bildirilib ki, hazırda Azərbaycan vətəndaşının öz evinə qaytarılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Xatırladaq ki, oktyabrın 19-da saat 17:50-də Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Ermənistan Respublikası ərazisindəki Tavuş vilayətinə keçib. Çobanın yolunu azdığı bildirilir.
