İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib

"Euronews" telekanalı Azərbaycanda Zəfər Gününün qeyd olunması, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakı ilə bağlı məqalə dərc edib. Leqal Xəbər məlumat verir ki, telekanalın saytında yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyev və

11 baxış 3 dəq
"Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib

"Euronews" telekanalı Azərbaycanda Zəfər Gününün qeyd olunması, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakı ilə bağlı məqalə dərc edib.

Leqal Xəbər məlumat verir ki, telekanalın saytında yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağda keçirilən mərasimlərdə iştirakına xüsusi diqqət yetirilib.

"Euronews" 44 günlük Vətən müharibəsinin həlledici hadisələrindən biri olan Şuşanın azad edilməsini də xüsusi vurğulayıb.

Məqalədə Azərbaycan-Türkiyə əməkdaşlığına da geniş yer ayrılıb. Bildirilib ki, Bakı ilə Ankara arasındakı münasibətlər siyasi, hərbi, iqtisadi və nəqliyyat sahələrini əhatə edir.

Materialda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərindən də bəhs olunub. Xüsusilə "Böyük Qayıdış" proqramının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, yolların, hava limanlarının və digər infrastruktur obyektlərinin tikintisi diqqətə çatdırılıb.

"Rəsmi rəqəmlər göstərir ki, 40 000-dən çox sakin Füzuli, Zəngilan, Laçın və Şuşa da daxil olmaqla, yeni salınmış yaşayış məntəqələrində məskunlaşıb. 2020-ci ildən bəri bu ərazilərdə dövlətin infrastruktur xərcləri 10 milyard avronu keçib. Tikinti layihələri çərçivəsində Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları, eyni zamanda, 3 000 kilometr magistral yol tikilərək istifadəyə verilib. Bununla yanaşı, yaşıl enerji təşəbbüsləri 2030-cu ilə qədər 2 000 meqavat gücündə bərpaolunan enerji istehsalına nail olmağı hədəfləyir.

Şuşada mütəxəssislər yeddi məscid, altı tarixi su bulağı və yeddi mədəniyyət obyekti daxil olmaqla, 27 tarixi və memarlıq abidəsini bərpa ediblər", - məqalədə qeyd olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin