İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Evli kişi 15 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

9 baxış 3 dəq

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kərim Kərimova 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, 1997-ci il təvəllüdlü Kərim Kərimov 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan - 2010-cu il təvəllüdlü S.S.-ni qaçırıb.

Belə ki, o, 2026-cı il yanvarın 31-də saat 9 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində "Snapchat" sosial şəbəkəsi vasitəsilə tanış olduğu S.S.-ni istəyi ilə qaçıraraq əmisinin evinə aparıb.

Kərim Kərimov məhkəmədə ifadəsində bildirib ki, S.S.-nin anasının xahişi ilə qaçırdığı qızı geri - evlərinə qaytarıb:

"Mən S.S. ilə bağlı öz valideynlərimə məlumat verdim. Lakin onlar razı olmadılar. Mənə ilk nikahımdan boşanmadığımı dedilər".

Zərərçəkmiş S.S. məhkəmədə bildirib ki, Kərimlə 2025-ci il dekabrın 12-də sosial şəbəkə vasitəsilə tanış olub. Kərim əvvəlcə subay olduğunu desə də, sonradan evli olduğunu və boşanmaq üzrə olduğunu bildirib. S.S. ayrılmaq istəsə də, Kərim ondan ayrılmamasını və onu "gözəl yaşadacağını" deyib.

Xəbəri paylaş Dostlarınıza göndərin