Leqal Xəbər məlumat verir ki, Bakıda vətəndaşı evlilik vədi ilə aldadaraq pul almaqda təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı elan olunub.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxs oğlu ilə birlikdə zərərçəkmişi ailə quracağına inandıraraq ondan müxtəlif bəhanələrlə pul alıb.
Bildirilib ki, elçilik mərasimi, nişan üzüyü və digər hazırlıq xərcləri adı altında zərərçəkmişdən ümumilikdə 1550 manat vəsait əldə olunub. Lakin sonradan vəd edilən evlilik baş tutmayıb və verilən pul geri qaytarılmayıb.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı araşdırma aparılıb.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə amnistiya tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.