Azərbaycanda sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı yeni mərhələ gözlənilir. İlkin olaraq təhlükəli zonalarda yerləşməyən evlərə çıxarış verilməsi planlaşdırılır. Məlumata görə, yüksək gərginlik xətləri altında, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və digər riskli ərazilərdə yerləşən tikililər bu prosesdən kənarda qalacaq.
Mütəxəssislər bildirir ki, sənədsiz əmlakların rəsmiləşdirilməsi onların alqı-satqı, girov və sığorta imkanlarını genişləndirəcək, eyni zamanda daşınmaz əmlak bazarının inkişafına təkan verəcək. Qeyd olunur ki, hazırda bu cür əmlaklar hüquqi dövriyyədən kənarda qaldığı üçün istifadə imkanları məhduddur. Yeni qərar isə onların iqtisadi dövriyyəyə daxil edilməsinə şərait yaradacaq. Bununla belə, prosesin mərhələli şəkildə həyata keçiriləcəyi və bütün əmlakların eyni anda sənədləşdirilməsinin mümkün olmadığı vurğulanır.
Evlərə çıxarış veriləcək
Azərbaycanda sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı yeni mərhələ gözlənilir. İlkin olaraq təhlükəli zonalarda yerləşməyən evlərə çıxarış verilməsi planlaşdırılır. Məlumata görə, yüksək gərginlik xətləri altında, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və digər riskli
30 baxış
3 dəq
