Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “İşçilərin Ezamiyyə Qaydaları”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, ezamiyyət anlayışının əhatə dairəsi genişləndirilib və bu anlayış artıq fiziki şəxs olan işəgötürənlərə də şamil ediləcək.
Belə ki, fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı əsasında işçinin müəyyən müddətə əsas iş yerindən başqa əraziyə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək məqsədilə göndərilməsi ezamiyyət hesab olunacaq.
Bununla da fiziki şəxs olan işəgötürənlərin yanında çalışan işçilərin ezamiyyətlə bağlı hüquqi statusu qaydalarda ayrıca təsbit edilib.