Leqal xəbər məlumat verir ki, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş güclü yanğınla bağlı söndürmə işləri davam etdirilir. Hadisənin miqyasının böyük olması səbəbindən əraziyə çoxlu sayda FHN texnikası və canlı qüvvəsi cəlb olunub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da hadisə yerinə gəlib. Nazir yanğının söndürülməsi istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti qurumların fəaliyyətini izləyib və əməliyyatın gedişi ilə bağlı tapşırıqlar verib.
Hazırda yanğının tam nəzarətə götürülməsi üçün tədbirlər davam edir. Hadisənin başvermə səbəbi və mümkün zərər barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.