İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

FIBA basketbol qaydalarına dəyişikliklər edib

Beynəlxalq Basketbol Federasiyası (FIBA) basketbol qaydalarına bir sıra mühüm dəyişikliklər edib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə FIBA məlumat yayıb. Bildirilib ki, oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalar məşqçilər, oyunçular, hakimlər və mütəxəssislərdən ibarət “FIBA Qayda Məsləhət

6 baxış 3 dəq
FIBA basketbol qaydalarına dəyişikliklər edib

Beynəlxalq Basketbol Federasiyası (FIBA) basketbol qaydalarına bir sıra mühüm dəyişikliklər edib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə FIBA məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalar məşqçilər, oyunçular, hakimlər və mütəxəssislərdən ibarət “FIBA Qayda Məsləhət Qrupu” tərəfindən hazırlanıb. Dəyişikliklər daha sonra FIBA Texniki Komissiyası tərəfindən nəzərdən keçirilərək FIBA Mərkəzi Şurası tərəfindən təsdiqlənib.

Yeni qaydalara əsasən, texniki qayda pozuntuları xarakterinə və ağırlıq dərəcəsinə görə iki kateqoriyaya bölünəcək. Bu kateqoriyalardan biri birbaşa diskvalifikasiya ilə nəticələnəcək.

Video Təkrar Sistemi (IRS) ilə bağlı da yeniliklər tətbiq olunub. Artıq oyunun istənilən hissəsində qayda pozuntusundan sonra səbətə toxunma və ya səbətə müdaxilə halları IRS vasitəsilə yenidən nəzərdən keçirilə biləcək.

Bundan əlavə, dördüncü hissənin son iki dəqiqəsində və bütün əlavə vaxtlarda top səbətə daxil olarkən müdafiə komandası tərəfindən qayda pozuntusu qeydə alınarsa, topun həmin an hücumçunun əlində olub-olmaması da video təkrar sistemi vasitəsilə yoxlanılacaq.

FIBA həmçinin "atış hərəkəti" anlayışına da dəyişiklik edib. Yeni qaydaya əsasən, hərəkətin atış sayılması üçün basketbolçu topu səbətə atmaq niyyəti ilə çiyinlərini və qollarını qaldırmağa başlamalıdır. Bu dəyişiklik hücum oyunçularının təmasdan sonra süni şəkildə qayda pozuntusu qazanmalarının qarşısını almağa yönəlib.

Qeyri-idman qayda pozuntusu anlayışı da yenilənib. Artıq bu termin ləğv olunacaq və onun əvəzinə "maneə qayda pozuntusu" və "ağırlaşdırılmış qayda pozuntusu" anlayışları tətbiq ediləcək. FIBA bildirib ki, məqsəd daha ədalətli cəza mexanizmi yaratmaq və təhlükəli epizodlarla taktiki qayda pozuntularını bir-birindən fərqləndirməkdir.

Yeni qaydalara əsasən, basketbolçuların corablarının görünməsi ilə bağlı tələb də ləğv edilib. Bundan başqa, meydança xətlərinin rəngi və digər vizual işarələrlə bağlı daha çevik yanaşma tətbiq olunacaq.

Qeyd edək ki, FIBA avqust ayında milli federasiyalar üçün yeni qaydalarla bağlı onlayn seminarlar təşkil edəcək. Yenilənmiş rəsmi qaydalar toplusunun isə sentyabr ayında yayımlanacağı bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin