LEQAL XƏBƏR məlumat verir ki, rusiyalı müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı, Rusiya Xalq artisti Alla Puqaçovadan qalan əşyaları hələ də saxladığını açıqlayıb.
Sənətçi “RIA Novosti”yə açıqlamasında Puqaçova ilə bağlı əşyaların onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Kirkorovun sözlərinə görə, o, keçmiş həyat yoldaşı ilə evli olduğu müddətdə taxdığı nişan üzüyünü qoruyub saxlayır. Bundan əlavə, müğənninin Puqaçovanın ona hədiyyə etdiyi sarı rəngli pencəyi də var.
İfaçı bildirib ki, həmin pencəyi ilk dəfə boşandıqdan sonra geyinib.
Kirkorov qeyd edib ki, Puqaçova ilə bağlı məktubları və açıqcaları da saxlayır. O, bunların onun üçün keçmişin bir hissəsi və tarix olduğunu vurğulayıb.
Müğənni həmçinin sarı pencəklə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, onlar “İlin mahnısı” festivalında “Şəhərdə soyuqdur” mahnısını birlikdə ifa ediblər. Kirkorov həmin geyimi simvolik olaraq seçdiyini bildirib.