Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

FIRTINA VƏ ŞİDDƏTLİ YAĞIŞLAR SƏBƏBİNDƏN ÖLƏNLƏRİN SAYI 13-Ə ÇATDI

Çilidə davam edən şiddətli yağışlar və fırtına nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib, 1 400-dən çox insan isə müvəqqəti sığınacaqlara yerləşdirilib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidmətinin direktoru Alisiya

5 baxış 3 dəq

Çilidə davam edən şiddətli yağışlar və fırtına nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib, 1 400-dən çox insan isə müvəqqəti sığınacaqlara yerləşdirilib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidmətinin direktoru Alisiya Sebrian məlumat verib.

"Təəssüf ki, artıq 13 nəfərin öldüyü məlumdur. Yeddi şəxs isə itkin düşmüş hesab olunur", – deyə o, mətbuat konfransında bildirib.

Sebrianın sözlərinə görə, müvəqqəti sığınacaqlara yerləşdirilənlərin sayı 1 412 nəfərə çatıb.

"63 005 nəfər, əsasən Atakama və Kokimbo regionlarında olmaqla, xarici aləmdən təcrid olunmuş vəziyyətdə qalır", – deyə o əlavə edib. Qeyd olunub ki, əvvəllər bu göstərici 104 504 nəfər idi.

Son məlumata əsasən, təbii fəlakət nəticəsində 22 mindən çox evə ciddi ziyan dəyib, 81 yaşayış binası isə tamamilə dağılıb.

Hazırda 87 min abonent elektrik enerjisiz, 180 mindən çox insan isə içməli sudan məhrum vəziyyətdədir.

Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə yağıntıların intensivliyi azalacaq.

Xatırladaq ki, daha əvvəl Kokimbo regionunda və Atakama bölgəsinin Uasko əyalətində fövqəladə vəziyyət elan olunmuşdu.

Xəbəri paylaş Dostlarınıza göndərin