Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq yeni tribuna quraşdırılıb.
Bu barədə Leqalxeber.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
"City" adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.
Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.
Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.
Qeyd edək ki, 2025-ci ildə keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirak qeydə alınıb.
Xatırladaq ki,Azərbaycan Qran-Prisi 24-26 sentyabr aralığında keçiriləcək.
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq yeni tribuna quraşdırılıb. Bu barədə Leqalxeber.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. "City" adlanan
7 baxış
3 dəq