İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb

Fransada oktyabrın 17-də və 24-də keçirilən kütləvi etiraz aksiyaları nəticəsində azı 2 488 kommersiya obyektinə ziyan dəyib. Leqal Xəbər "France Info" kanalına istinadən bildirir ki, bu barədə ölkənin Ticarət-Sənaye Palatası məlumat yayıb. Bildirilib ki, zərər çəkən obyektlərdən 1 100-ü

10 baxış 3 dəq

Fransada oktyabrın 17-də və 24-də keçirilən kütləvi etiraz aksiyaları nəticəsində azı 2 488 kommersiya obyektinə ziyan dəyib.

Leqal Xəbər "France Info" kanalına istinadən bildirir ki, bu barədə ölkənin Ticarət-Sənaye Palatası məlumat yayıb.

Bildirilib ki, zərər çəkən obyektlərdən 1 100-ü ciddi dağıntılara məruz qalıb, 650 mağaza isə hələ də fəaliyyətini bərpa edə bilməyib. Etirazların keçirildiyi günlərdə şəhər mərkəzlərində yerləşən mağazaların ticarət dövriyyəsi 80% azalıb.

Ticarət-Sənaye Palatasının prezidenti Alen Di Kresensio etirazlar nəticəsində ticarət sektoruna dəyən ümumi zərəri 1.5 milyard avro qiymətləndirib.

Fransanın məşhur "Carrefour" supermarketlər şəbəkəsi 50-yə yaxın mağazasının qarət edildiyini bildirib. Şirkət bu səbəbdən ilin yekunlarına görə əməliyyat mənfəətinin 80-200 milyon avro azalacağını proqnozlaşdırır.

Fransanın keçmiş iqtisadiyyat naziri Tyerri Breton isə ölkəyə dəyən ümumi zərəri 2-3 milyard avro həcmində qiymətləndirib. Bu məbləğə ictimai binaların bərpası xərcləri ilə yanaşı, siyasi qeyri-sabitlik fonunda dövlət borcuna xidmət xərclərinin artması da daxildir.

Xəbəri paylaş Dostlarınıza göndərin