LEQAL XƏBƏR məlumat verir ki, Fransada davam edən meşə yanğınlarının əhatə dairəsi genişlənməkdədir.
Sena və Marna departamentinin yanğından mühafizə xidmətinin rəsmisi Pol-Eduar Loren bildirib ki, alovun gün ərzində daha da yayılması ehtimalı istisna olunmur.
Onun sözlərinə görə, yanğınla mübarizəyə 850 xilasedici cəlb edilib. Havadan isə əməliyyatlara 4 ədəd "Canadair" tipli yanğınsöndürən təyyarə dəstək verir.
Rəsmi əlavə edib ki, əlverişsiz hava şəraiti alovun daha sürətlə yayılmasına səbəb olur və söndürmə işlərini çətinləşdirir.
Qeyd edək ki, "Meteo-France" milli meteoroloji xidmətinin proqnozuna əsasən, iyulun 14-də ölkənin mərkəzi bölgələrində havanın temperaturunun 36-38 dərəcə arasında olacağı gözlənilir. Bu isə yanğın riskini daha da artırır.![]()