İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Fransada ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib

Şənbə günü Fransada keçirilən kütləvi etiraz aksiyalarında təxminən 106 min nəfər iştirak edib və onlardan təqribən 24 mini Parisdə olub. Leqal Xəbər Report-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatında deyilir. Eyni zamanda, gənclər həmkarlar

10 baxış 3 dəq
Fransada  ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib

Şənbə günü Fransada keçirilən kütləvi etiraz aksiyalarında təxminən 106 min nəfər iştirak edib və onlardan təqribən 24 mini Parisdə olub.

Leqal Xəbər Report-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatında deyilir.

Eyni zamanda, gənclər həmkarlar ittifaqları iştirakçıların sayını 200 min olaraq qiymətləndirir.

Nümayişlər zamanı bir sıra şəhərlərdə toqquşmalar baş verib. Lionda aksiya iştirakçıları zibil konteynerlərini yandırıb və ictimai nəqliyyat dayanacağına ziyan vurublar. Prefekturanın məlumatına görə, şəhərdə təxminən 8 min nəfər toplaşıb, halbuki "Solidaires" həmkarlar ittifaqı 15 min iştirakçının olduğunu bildirib. Axşama doğru Giyotyer rayonunda polislə toqquşmalar qeydə alınıb.

İcazəsiz nümayişin keçirildiyi Nantda polis toplaşanları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Atlantika Luarası departamenti prefekturasının məlumatına görə, axşama doğru 29 nəfər saxlanılıb.

Parisdə yürüşün əsas hissəsi sakit keçib, lakin aksiyanın sonunda Millət meydanı ərazisində qara geyimli insan qrupları ilə polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları səs qumbaraları və gözyaşardıcı qaz tətbiq ediblər. Paytaxtda 22-yə yaxın şəxs saxlanılıb.

"Vətənpərvərlər" partiyasının lideri Florian Filipponun təşkilatçılığı ilə Fransa paytaxtında keçirilən aksiyanın iştirakçıları həmçinin Prezident Emmanuel Makronun istefasını və Fransanın Aİ-dən çıxmasını tələb ediblər. Filippo çıxışı zamanı Aİ bayrağını cırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin