İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife" klubunun hücumçusu Xesus de Migelin vəfatından sonra futbol yarışlarının dayandırılması müddətini üç günə qədər uzatmaq qərarına gəlib. Futbolçunun İspaniya çempionatının ikinci divizionunun 12-ci turu çərçivəsində "Andorra" ilə keçirilən matç zamanı ürəyi dayanıb.
Leqal Xəbər bu barədə RFEF-in rəsmi saytına istinadən məlumat verir.
Bu səbəbdən İspaniya Kubokunun noyabrın 3, 4 və 5-də keçirilməsi planlaşdırılan oyunları təxirə salınacaq.
Təxirə salınmış qarşılaşmaların yeni tarixləri yaxın vaxtlarda açıqlanacaq.