İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Generalın qızı ev dustaqlığına buraxıldı

Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, bu barədə bu gün Sumqayıt Şəhər Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, Türkər Əliyevanın himayəsində 3

7 baxış 3 dəq
Generalın qızı ev dustaqlığına buraxıldı

Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, bu barədə bu gün Sumqayıt Şəhər Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olması, uşaqlarını təkbaşına böyütməsi, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılması və daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması nəzərə alınıb, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərir. O, Müdafiə Naziriyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır.

Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (Vəzifə saxtakaralığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb. Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin