İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub. Leqal Xeber "Report"-a istinadən məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ"

8 baxış 3 dəq

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub.

Leqal Xeber "Report"-a istinadən məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Nazir deyib ki, ölkə Prezidentinin monitorinq və dividend siyasəti ilə bağlı tapşırığına uyğun olaraq yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib, 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib: "Bunun nəticəsində 2026-cı il üçün 950-yə yaxın dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatlarını əldə etmişik, 885 müəssisə üzrə isə dividend proqnozu hesabatlarını formalaşdırmışıq. Bu təhlilin nəticəsi olaraq, gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub. Bu, həm son illərdə dövlət şirkətlərinin idarə edilməsi sahəsində əldə olunan nailiyyətlərin, həm də dövlət maliyyə siyasətində yeni istiqamətin və yanaşmanın bariz nəticəsidir. Düşünürük ki, növbəti illərin dövlət və icmal büdcələri hazırlanarkən dövlət şirkətləri ilə sıx əməkdaşlığı davam etdirməklə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə nail ola biləcəyik".

Xəbəri paylaş Dostlarınıza göndərin