LEQAL XƏBƏR məlumat verir ki, “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilib.
Məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sözügedən icazələrin siyahısından “standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat” çıxarılıb.![]()