Rusiya, Çin və ABŞ rəhbərləri - Putin, Si Cimpin və d.Tramp üçtərəfli görüşünün nəticəsi olaraq sülhə dair Birgə Bəyannamə qəbul edilib.
Leqal Xəbər bildirir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilir.
"ABŞ və Rusiya liderləri bu mühüm üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə Çin tərəfinə təşəkkürlərini çatdırıblar. Dövlət başçıları hazırkı qlobal vəziyyəti ətraflı müzakirə edərək, beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin qorunmasına sadiq olduqlarını vurğulayıblar", - deyə məlumatda bildirilir.